Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Qarabağda ilk dəfə sınaqdan keçirildi: “Bayraktar” tapdı, “Harop” məhv etdi

Qarabağda ilk dəfə sınaqdan keçirildi: “Bayraktar” tapdı, “Harop” məhv etdi

Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının əməliyyatçıları ilk dəfə olaraq Türkiyənin “Bayraktar” hücum dronunun və İsrailin “Harop” loitering sursatlarının eyni vaxtda istifadəsi üzrə bənzərsiz xüsusi əməliyyat hazırlayıb həyata keçiriblər.

Bu barədə haqqin.az saytı məlumat yayıb.

Məlumata görə, dünyada pilotsuz uçan aparatların (PUA) döyüşdə istifadəsi tarixində ilk dəfə hücum PUA-sı və  baraj edən döyüş sursatının tandemində düşmənin “Tor-M2KM” zenit raket kompleksinin (ZRK) yeri müəyyən olunub və ardından həmin kompleks məhv edilib.

Xatırladaq ki, bu əməliyyat Azərbaycan Silahlı Qüvvələrinin Xocavənd bölgəsinə uğurlu hücumu zamanı həyata keçirilib və nəticədə bu gün Silahlı Qüvvələrin Ali Komandanı İlham Əliyev tərəfindən elan edilmiş bir sıra yaşayış məntəqələri azad olunub.

Həmçinin oxuyun

İranda erməni hərbçilərini tapmadılar

Dağlıq Qarabağda hərbi əməliyyatların getdiyi günlərdə İran ərazisinə adladığı iddia edilən erməni hərbçiləri barədə məlumat …