Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Qarabağda ermənilər bir-birini güllələyirlər – YENİLƏNİB

Qarabağda ermənilər bir-birini güllələyirlər – YENİLƏNİB

Ermənistanın istintaq orqanları əsgər Ovsep Qriqoryanın ölümünə səbəb olmuş halları araşdırır.
İnsident yanvarın 28-də, saat 16:25-16:45 radələrində, döyüş postunda baş verib.
Osvep Qriqoryan əsgər yoldaşının silahı ilə ölümcül yaralanıb.
İlkin məlumatlara görə, insident digər hərbi qulluqçunun silahla davranış qaydalarını pozması nəticəsində baş verib.
Fakt üzrə cinayət işi açılıb.Əsgərin ölümündə günahı olduğu iddia olunan hərbçi saxlanılıb.
İşğal altında olan Dağlıq Qarabağda erməni hərbi qulluqçusu həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Ovsep Qriqoryan silahla davranış qaydalarını pozması nəticəsində ölümcül güllə yarası alıb.
Hadisənin təfərrüatı araşdırılır.

Həmçinin oxuyun

Ermənistan Qarabağdakı itkilərinin yeni sayını açıqladı

Ermənistan tərəfi ikinci Qarabağ döyüşlərində verdiyi itkilərlə bağlı yeni rəqəmlər açıqlayıb. Ermənistan baş nazirinin birinci …