Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Qarabağda 30 ildə məhv edilən erməni hərbçilərinin SAYI

Qarabağda 30 ildə məhv edilən erməni hərbçilərinin SAYI

Azərbaycan Ordusu Qarabağın 30 ilə yaxın davam edən işğalına 44 gün ərzində son qoydu. Vətən Müharibəsi zamanı Ermənistan Ordusu darmadağın edildi, istər hərbi texnika, istərsə də canlı qüvvə sarıdan böyük itkilər verdi.

Modern.az açıq mənbələrdəki informasiya əsasında 1991-ci ildən Qarabağda açıq müharibə formasında davam edən qarşıdurma zamanı məhv edilən erməni hərçbilərin sayını açıqlayır.

Ölkənin birinci prezidenti Levon Ter-Petrosyan hakimiyyətdə olduğu zaman (1991-1998) Ermənistanın Qarabağ müharibəsi və sonrakı atəşkəs dövründə hərbi itkiləri 7 min civarındadır. Növbəti prezident Robert Koçaryanın hakimiyyəti illərində (1998-2008) düşmənin 150-dən çox hərbçisi ölüb. Serj Sarkisyanın (2008-2018) prezidentliyi zamanı Qarabağda təxminən 350 erməni hərbçisi məhv edilib. Baş nazir Nikol Paşinyan isə hərbi əməliyyatlarda verilən itkilərlə bağlı dəqiq rəqəm açıqlamasa da, yerli mətbuat itki sayının 5 mindən çox olduğunu açıqlayır.

Beləliklə, təxmini hesablamalara əsasən, Qarabağda 30 il davam edən silahlı münaqişə zamanı azı 12,5 min erməni hərbçisi məhv edilib.

Həmçinin oxuyun

Ermənistanın müharibədəki itkiləri 8.5 min nəfərə çata bilər

İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın verdiyi canlı qüvvə itkisi 8.5 min nəfərə çata bilər. Bu …