Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Cəbhə Xəbərləri / Qarabağda 236 mina aşkarlanıb

Qarabağda 236 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, avqustun 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 204, tank əleyhinə 32 mina və 29 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 697 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Həmçinin oxuyun

Hərbi prokuror erməni meyitlərinin verilməsindən danışdı

“Ermənilərin təxribatları zamanı həlak olanların meyitlərinin ailələrə verilməsində xeyli işlər görülüb”. Bu barədə Baş prokurorun …