Bazar ertəsi , İyun 5 2023
Ana səhifə / Cəbhə Xəbərləri / Qarabağda ən çox hansı ərazilərdə mina basdırılıb?

Qarabağda ən çox hansı ərazilərdə mina basdırılıb?

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) minaların daha çox hansı ərazilərə basdırıldığını açıqlayıb. Agentlikdən bildirilib ki, minalar əsasən, keçmişdə döyüşlər gedən və onlara yaxın sahələrə, yollar, ana yollar və yol kəsişmələrinə basdırılıb.

Qeyd edilib ki, bununla yanaşı keçid və cığırlar, içməli və texniki su mənbələri, həmçinin elektrik dirəklərinin ətrafı minalarla daha çox çirkləndirilən yerlər sırasındadır.

Həmçinin minaların əsasən, bağ və meşəlik ərazilərdə, əkin sahələrində, dağıdılmış və ya sahibsiz qalmış evlərdə də basdırıldığı bildirilib.

Həmçinin oxuyun

Azərbaycan Ordusunun Ağdam istiqamətindəki mövqeləri atəşə tutulub

Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri …