Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / “Qarabağ” üçün rekviyem – Mehman Muradlı

“Qarabağ” üçün rekviyem – Mehman Muradlı

Mosart 34 yaşında “Rekviyem” yazmağı sifariş alır. 35 yaşında vəfat edir. “Rekviyem”i çatdırıb bitirə bilmir. “Rekviyem”i başqaları bitirir. Buna baxmayaraq “Rekviyem” Mosartın ən möhtəşəm əsərləri sırasına daxildi.
Fevralın 19-da Qəbələdə hava gözəl idi. 6-7 dərəcə isti, şəhər stadionunun yaşıl örtüyündən başqa hər tərəf Ağ-Appaq. Oyunun başlanmasına 2 saat qalırdı. Bakıdan gedən Ağ-Damın “Qara-Bağ” klubu azarkaşleri, nisbi olaraq onları ağ-damlı adlandıraq, Qəbələnin ağ-appaq qarında qartopu oynayırdılar.
Xeylaq bakılı ağdamlılara tamaşa elədim. Ani olaraq 12-13 yaşım olanda Ağdama “Sevinc” kubokunun zona çempionatına getməyimiz yadıma düşdü. Həmən günü Ağdama qara bürünmüşdü. Gün çıxmışdı. Sevincək olmuşduq. Valideyinlərimizdən uzaqda rahat qartopu oynaya biləcəyimizə sevinirdik. Anamız bizə soyuq olacaq deyni evə çağırmayacaqdı.
Çempionatın ən maraqlı oynuna bakılı ağdamlılar daha çox sevinirdi. Oyundan bir neçə gün əvvəl bakılı ağdamlıların “Qəbələ” azarkeşlərinə “xox” gəlmələrini unutmuşdular. Qəbələlilər də bakılı ağdamlıların bu sevincinə sevinirdilər.
“Qarabağ” artıq neçə ildi Ağdamın deyil, paytaxt klubudu. Adına qaçqın deyillər. Baxmayaraq “Qarabağ”ın Ağdamın Quzanlı kəndində stadionu olub. Zəlzələdən sonra “Qarabağ”ın baş bilənləri Quzanlı stadionundan imtina etdilər. Indi uzun illərdi “Qarabağ”ın ayağı Qarabağa dəymir.
“Qarabağ”ın Ağdam klubu olması formal xarakter daşıyır. Güya Ağdamın adını yaşadırmışlar. “Qarabağ”ın “ağsaqqaları” Ağdamın adını yaşatmaqla “Qarabağ”ı Qarabağdan uzaqlaşdırdılar. “Qarabağ” həmin vaxt öldü.
Mosatrdan fəqrli olaraq mən, “Qarabağ” haqqında rekviyem yazmağa başlamamışdım. “Qarabağ”ın ölümündən illər sonra rekviyemi yazıram. “Qarabağ”ın ölümünü Qəbələdə bakılı ağdamlıların qartopu oynayan vaxt dərk elədim.
Aprel döyüşlərinin ildönümü yaxınlaşır. Tərtərin Qapanlı kəndi cəbhənin həmişə odlu-alovlu nöqtəsi olub. Döyüş vaxtı kəndin camaatını təhlükəsizlik tədbirləri üçün köçürmək istəyiblər. Kənd camaatı buna etirazını bildirib. Kənd camaatının dirənişini görən əsgərlər sevincdən göz yaşlarını saxlaya bilməyiblər.
Ağdamın “Qarabağ”ı dirilmək üçün Ağdama qayıtmalıdı. Heç olmasa Quzanlıya. Bax, onda mən “Qarabağ” üçün marş yazacam. Bax, onda ağdamlılar qəbələlilərlə qartopu oynayarlar.

P.S. Bu gün ilk Qarabağ şəhidlərin, 2 gənc ağdamlının erməni terrorçuları tərəfindən öldürüldüyü gündü.

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın