Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Qəzada ölən gizirlə bağlı – Nazirlikdən açıqlama

Qəzada ölən gizirlə bağlı – Nazirlikdən açıqlama

Müdafiə Nazirliyi qəzada həlak olan hərbçi ilə bağlı məlumat yayıb.

“Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məzuniyyətdə olarkən öz şəxsi avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində gizir Muradov Murad Məhəmmədəli oğlu və onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu həlak olub.

Avtomobildə olan digər sərnişin, M.Muradovun qayınanası Babayeva Zöhrə Bəydadaş qızı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza ilə bağlı ilk xəbər yayılanda ölən hər iki şəxsin hərbçi olduğu deyilirdi.

Həmçinin oxuyun

Atəşkəs 22 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə …