Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Prezidentlə jurnalist arasında maraqlı dialoq

Prezidentlə jurnalist arasında maraqlı dialoq

Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsi zamanı jurnalistin türk əsgərlərlə bağlı iddialarını suallarla qarşılayıb.

“ Azinforum.az ” ın verdiyi xəbərə görə, ARD əməkdaşı Prezidentin suallarını cavablandıraraq özü düzgün qənaətə gələ bilib.

Həmin dialoqu təqdim edirik:

J: Hazırda gəldiyim ölkə – Türkiyə bu hərbi əməliyyatlarda, bu müharibədə Sizin üçün nə dərəcədə əhəmiyyət kəsb edir? Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri ilə söhbət etdik. Onlar Türkiyədən olduqlarını dedilər.

İ.Ə: Siz əsgərlərlə danışmısınız?

J: Bəli.

İ.Ə: Döyüş meydanında?

J: Xeyr, döyüş meydanında yox.

İ.Ə: Bəs harada?

J: Bakı şəhərində.

İ.Ə: Onlar burada, Bakıda döyüşürlər?

J: Xeyr, xeyr. Bununla belə, onlar buradadırlar.

İ.Ə: İndi burada alman əsgərləri də ola bilər.

J: Siz birgə hərbi təlimlər keçirirsiniz…

İ.Ə: Bəli, bəli, keçiririk.

Həmçinin oxuyun

İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir

İsrailin  “Israel Aerospace Industries” şirkəti Qarabağda gedən 44 günlük müharibənin təcrübəsini nəzərə alaraq “Harop” zərbə pilotsuz …