Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəbhə Xəbərləri / PKK Qarabağda ermənilərlə birgə döyüşdüyünü etiraf etdi

PKK Qarabağda ermənilərlə birgə döyüşdüyünü etiraf etdi

PKK terror təşkilatı Ermənistan tərəfindən Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşdüyünü etiraf edib.

Bu barədə Türkiyənin “Haber Global” kanalı məlumat yayıb.

Qeyd edilib ki, PKK-nın qadın qollarından birinin rəhbəri Layika Gültəkin terrorçu qrupun Qarabağa qədər gedərək, orada ermənilərlə birgə döyüşdüyünü deyib.

Türkiyənin hüquq mühafizə orqanlarının apardığı araşdırma nəticəsində bu fakt sübuta yetirilib. Məlum olub ki, PKK Qarabağ döyüşləri zamanı Ermənistanın yanında yer alıb. Azvision.az

Həmçinin oxuyun

Qarabağda ən məsuliyyətli və təhlükəli işi onlar görür – VİDEO

AzTV işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi ilə bağlı sənədli film çəkib. AzTV-nin Sosial …