Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəbhə Xəbərləri / “Özünə atəş açıb”: Tonoyan Azərbaycanın bu bölgəsində baş vermiş hadisədən danışdı

“Özünə atəş açıb”: Tonoyan Azərbaycanın bu bölgəsində baş vermiş hadisədən danışdı

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində başından yaralanmış Ermənistan əsgəri Henri-Hayk Zakaryan özünə atəş açıb. 

Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Müdafiə naziri David Tonoyan şənbə günü jurnalistlərə bildirib.

Yanvarın 24-ü, saat təqribən 06:55-də 2001-ci il təvəllüdlü Henri-Hayk Zakaryan və 2000-ci il təvəllüdlü Armen Mesropyan hələ ki, bəlli olmayan vəziyyətdə güllə yaraları alıblar. Zakaryan başından, Mesropyan isə sağ əlindən yaralanıb.

Ermənistanlı nazirin sözlərinə görə, əvvəlcə müəyyən məlumat çatışmazlığı olub. Lakin tezliklə açıqlama verilib.

“Özünü vuran hərbçilərdən biri həyata az uyğun olan yara alıb. Lakin həkimlər onu xilas etmək üçün hər şeyi edirlər”, – Tonoyan qeyd edib.

Hərbçi yaxın vaxtlarda Yerevana çatdırılacaq. İkinci əsgərin yarası yüngüldür. Baş verənlərə gəlincə, nazir istintaqın davam etdiyini qeyd edərək, fərziyə bildirməkdən yayınıb.

“Vəziyyət bir anda əldən çıxıb”, – Tonoyan deyib.

Onun sözlərinə görə, nazirlik belə vəziyyətlərin qarşısını almaq üçün çalışır, lakin bəzən onlar gözlənilmədən baş verir.

Qeyd edək ki, Zakaryan artıq əməliyyat olunub. O, xəstəxanada ağır vəziyyətdədir.

Hadisə ilə bağlı 34-104-cü maddənin 2-ci hissəsinin 1-ci bəndi (qətl) və 110-cu maddənin 1-ci hissəsi (intihara təhrik) ilə cinayət işi açılıb. Sputnik

Həmçinin oxuyun

Düşmənin hücum cəhdinin qarşısı alındı, canlı qüvvəsi və texnikası məhv edildi

Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə …