Şənbə , Dekabr 10 2022
Ana səhifə / Cəbhə Xəbərləri / Ordumuzun döyüş taktikası mühüm hərbi yenilik idi – Şair Ramaldanov

Ordumuzun döyüş taktikası mühüm hərbi yenilik idi – Şair Ramaldanov

“44 günlük Vətən Müharibəsinə hazırlıq üçün Azərbaycan Ordusu uzun illər ərzində formalaşdırıldı, onun döyüş potensialı və qabiliyyəti artırıldı”.

Bu fikirləri ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bakupost.az -a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın apardığı hərbi əməliyyatlar 21-ci əsrin tələblərinə tam cavab verib:

“Artıq aparıcı dövlətlərin hərbi məktəblərində və akademiyalarında Azərbaycanın apardığı müharibə təcrübəsi dərs vəsaitlərində əksini tapıb. Hələ də xarici hərbçilər bu müharibənin nəticələrini, əməliyyatların gedişini təhlil edirlər. Əraziyə və hava şəraitinə baxanda itkilər daha çox ola bilərdi. Müzəffər Ali Baş Komandan əməliyyatların hazırlanması, qərarların qəbulu zamanı əsl müdriklik və sərkərdəlik məharəti göstərdi. Belə ki, onun əmrlərinə əsasən aparılan əməliyyatlar göstərdi ki, Azərbaycan düzgün istiqamətlər seçib. Bunun nəticəsidir ki, düşmənə gözləmədiyi yerdən, zəif olduğu istiqamətdən zərbə vuraraq, qısa zamanda Şuşa kimi şəhəri azad etdik, Ermənistanı düz çökməyə məcbur oldu. Bu gün hamımız mütəşəkkil olaraq şəhidlərimzi anırıq. Gələcəkdə qəhrəman nəsillərin formalaşmasında onların rolu danılmazdır. Düşünürəm ki, şəhidlərimzin qanı yerdə qalmayıb”.

Polkovnik Azərbaycan Ordusunun döyüş taktikasına da diqqət çəkib:

“Ali Baş Komandanın tapşırığına əsasən, 44 günlük müharibə zamanı Azərbaycan Ordusu ancaq düşmənin hərbi obyektlərini hədəf aldı. Hətta düşmənin mülki obyektlər yaxınlığında yerləşdirdiyi raket və artilleriya qurğuları da dinc əhaliyə zərər vurulmadan yüksək dəqiqliklə zərərsizləşdirildi. Əbəs yerə deyilmir ki, Azərbaycan 21-ci əsrin tələblərinə uyğun müharibə apardı. Yəni, 4-5-ci nəsil müasir silahlarla yüksək dəqiqliklə hərbi obyetklərin vurulması və mülki əhali arasında itkini minimuma endirən əməliyyatlardan danışa bilərik. Bütün bunları hərb tariximizdə yenilik kimi qiymətləndirə bilərik. Biz istənilən yolla torpaqlarımızı işğalçılardan azad və ölkəmizin ərazi bütövlüyünü bərpa etməli idik. Hələ ki, Ermənistanın seçimi var. Ermənistan ağlını başına yığmalı, işğalçı qüvvələrini geri çəkməli və danışıqlara getməlidir”.

Həmçinin oxuyun

FHN saatda 1500 kv metr ərazini minadan təmizləyə bilən robotlar aldı

Yeni mina təmizləyici robotların əsas göstəricisi odur ki, bir saat ərzində 1500 kvadratmetr ərazini minalardan …