Şənbə , Noyabr 16 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Orduda vəhşilik: Ramil Şamsutdinovu bu cür alçaldıblar…

Orduda vəhşilik: Ramil Şamsutdinovu bu cür alçaldıblar…

Rusiyanın Zabaykalsk vilayətindəki hərbi hissələrdən birində ikisi zabit olmaqla 8 xidmət yoldaşını güllələyən, daha üç hərbçini yaralayan əsgər Ramil Şamsutdinovun bu amansız qisasa əl atmasının səbəbləri məlum olub.

Virtualaz.org xəbər verir ki, əsgərin hərbi hissədə müntəzəm olaraq alçaldılmasına və təhqir olunmasına, yəni “dedovşina”nın ifrat, vəhşi formasına cavab olaraq bu addımı atdığı təsdiqlənib. Hüquq-mühafizə orqanlarındakı mənbə bu gün oktyabrın 31-də lenta.ru-ya Şamsutdinovun hərbi hissədə necə alçaldıldığına dair videokadrları təqdim edib.

Kadrlara əsasən çılpaq soyundurulmuş əsgəri bir neçə dəfə başını unitaza salmağa məcbur edirlər, bundan sonra kadr arxasından kimsə unitazın düyməsini basıb suyu buraxır. Bundan əlavə videodan görünür ki, kafel döşəmənin üstünə uzadılmış çağırışçı Şamsutdinovun üstünə kimsə işəyir. Habelə əsgərin kürəyində döyülmə izləri görünür.

Xatırladaq ki, oktyabrın 25-də gecə növbəni dəyişərkən əsgər Şamsutdinov tabeçiliyindəki avtomat silahla ikisi zabit olmaqla 8 hərbçini güllələyib, daha 3 nəfəri yaralayıb. O, xidmət yoldaşlarını soyuqqanlıqla öldürüb, yaralıların başlarına kontrol atəş açıb. Daha sonra hərbi hissədən qaçsa da xüsusi təyinatlılar tərəfindən tutulub. Əsgər əməlindən peşiman olmadığını bildirib.

Rusiya Müdafiə Nazirliyi insidentin əsgərin keçirdiyi “əsəb sarsıntısı” üzündən baş verdiyini açıqlayıb, lakin dərhal əlavə edib ki, həmin sarsıntı Şamsutdinovun hərbi xidməti ilə bağlı deyil. Bununla belə hüquq müdafiəçiləri və sosial şəbəkələr tezliklə insidentin səbəbinin hərbi hissədə hökm sürən “dedovşina” ilə bağlı olduğunu müəyyən ediblər. Habelə təfərrüatlar üzə çıxıb, məlum olub ki, hərbi hissənin zabiti və əsgərlər Şamsutdinovu açaldıblar, onu döşəməni, tualeti yumağa məcbur ediblər, təmizlik işlərinin nəticəsindən qane olmayanda əsgərin başını unitaza salıblar və bunu mobil telefonla çəkiblər.

Bu səbəbdən əsgərin qisasını sosial şəbəkələrdə dəstəkləyənlərin sayı kifayət qədər çoxdur. Şamsutdinov kasıb ailədəndir, atası Səlim Şamsutdinov Tümendə yaşayır və oğlu ilə görüşmək üçün onun saxlanıldığı Çita şəhərinə getməyə yol pulu,habelə vəkil tutmağa pulu yoxdur. Bu səbəbdən sosial şəbəkələrdə ona yardım toplama kampaniyası başlayıb.

Həmçinin oxuyun

Azərbaycan Hərbi Hava Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Hərbi Hava Qüvvələri (HHQ) qarşıya qoyulan tapşırıqları icra …