Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Nazir azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub

Nazir azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə yerləşən Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) bölmələrindən birində olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan Müdafiə naziri ərazidə döyüş növbətçiliyi aparan çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinə baxış keçirib.

Müdafiə naziri döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın daha etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Həmçinin oxuyun

“Kəlbəcərdə elə bir müdafiə rayonu qurmuşuq ki…”

Tanınmış Qarabağ qazisi Gəray Əsədov Qarabağ savaşları tarixinə 1993-1994-cü illərdə Kəlbəcərin azadlığı uğrunda “Murovdağ əməliyyatı” kimi …