Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Naxçıvanda zabitlərin komandir hazırlığı ilə bağlı toplantı keçirildi

Naxçıvanda zabitlərin komandir hazırlığı ilə bağlı toplantı keçirildi

Naxçıvan Qarnizonunda bölük, batareya komandirləri və müavinlərinin, taqım komandirləri və digər kateqoriyadan olan zabitlərin komandir hazırlığı və təlim-metodiki toplantıları keçirilib.
Moderator.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, toplantılara cəlb edilmiş zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları yoxlanılıb: “Müxtəlif ixtisaslar üzrə məqbullar verən zabitlər yüksək nəticə göstəriblər”.
Məlumata görə, Naxçıvan Qarnizonu qoşunlarının birləşmə, hissə komandirləri və müavinləri ilə komandir hazırlığı toplantısı davam edir/

Həmçinin oxuyun

“Biz nə üçün dəyəri 10 min olan avtomobil üçün 20 minlik sursat işlətməliyik?” – EKSPERT

Xəbər verdiyimiz kimi, mediada separatçıların “müdafiə naziri” Cəlal Arutyunyanın zərərsizləşdirilməsi ilə bağlı görüntülər yayılıb. Görüntülərdə …