Çərşənbə , May 22 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Naxçıvan Ordusu Türkiyə ilə birgə təlimlərə başlayır

Naxçıvan Ordusu Türkiyə ilə birgə təlimlərə başlayır

Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu və Türkiyə hərbçiləri birgə təlim keçirəcək.

AzVision.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, mayın 29-dan 31-dək Qars şəhərində Türkiyə-Azərbaycan döyüş atışlı birgə təlimi baş tutacaq.
Xatırladaq ki, mayın 14-də Naxçıvanda yerləşən “Ümid” körpüsündə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi olub. Mərasimdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib. Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Əlahiddə Ümumqoşun Ordunun Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları Qars şəhərinə yola salınıb.

Həmçinin oxuyun

Atəşkəs 22 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə …