Cümə , Noyabr 27 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Naxçıvan Dövlət Televiziyası müqəddəs torpaqlarda-Lələtəpə yüksəkliyində

Naxçıvan Dövlət Televiziyası müqəddəs torpaqlarda-Lələtəpə yüksəkliyində

Naxçıvan Dövlət Televiziyasının telelayihəsi olan “Vətən uğrunda” filminin növbəti sayı 2016-cı ilin  aprel döyüşlərində şəhid olan mayor Rasim Məmmədova həsr ediləcək. Bu məqsədlə televiziyanın  bir qrup əməkdaşı şəhidin xidmət etdiyi Füzuli rayonuna ezam olunub.

Aprel döyüşlərində tabor komandiri kimi xidmət edən Rasim Məmmədov Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Naxcivantv.az xəbər verir ki, televiziyanın baş redaktoru Ruhiyyə Rəsulova və  çəkiliş heyyətinin digər üzvləri əvvəlcə şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.  Daha sonra heyyət şəhid Rasim Məmmədovun  xidmət etdiyi  hərbi hissədə, Lələtəpə yüksəkliyində olub,  döyüş yoldaşlarından müsahibələr alıblar.

Filmdə qələbənin qazanılmasında xidmətləri olan hərbçilərimizin döyüş yoluna da  nəzər salınacaq. Həmçinin filmdə aprel döyüşlərindən sonra təhlükəsiz yaşayışı bərpa edilən  Cocuq Mərcanlının bugünkü mənzərəsi,  öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın  müsahibələri də yer alacaq.

Naxçıvanda çəkilişləri başa çatdırılan film  aprel ayının ikinci həftəsində tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, mayor Rasim Məmmodov aprel döyüşlərində göstərdiyi böyük şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Qüsursuz xidmətə görə” II dərəcəli medalı ilə təltif edilib. O,  1977-ci ilin may ayının 20-də Babək rayonunun Cəhri kəndində  anadan olub.

Həmçinin oxuyun

“Zəfər” və “Qarabağ” ordenləri belə olacaq – Foto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və …