Çərşənbə , Avqust 12 2020
Ana səhifə / Cəbhə Xəbərləri / “Münaqişənin kökünü birdəfəlik kəsmək üçün Qarabağ qaytarılmalıdır” – “Həm də dərhal!”

“Münaqişənin kökünü birdəfəlik kəsmək üçün Qarabağ qaytarılmalıdır” – “Həm də dərhal!”

Sərdar Cəlaloğlu: “Ermənistan həm işğalçı, həm də hücumçudur, Azərbaycan isə həm işğala məruz qalıb,həm də müdafiə olunur, bu nə deməkdir?”

Ermənistan həm işğalçı, həm də hücumçudur. Azərbaycan isə həm işğala məruz qalıb, həm də müdafiə olunur. Bu nə deməkdir

Məlum olduğu kimi, iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhəddində başlayan döyüşlər davam edir.

Moderator.az-a açıqlamasında məlum əməliyyatlara diqqət çəkən ADP sədri Sərdar Cəlaloğlu, Qarabağı azad etmək üçün dərhal mühartibəyə başlamağın vacib olduğunu vurğuladı:

“Azərbaycan dərhal Qarabağda müharibəni başlamalıdır. Xankəndi də daxil olmaqla Azərbaycanın bütün torpaqları azad edilməlidir. Bu məsələdə oyun oynamağın mənası yxodur. Hər dəfə münaqişədə insan qurban verməyə, xalqı narahat etməyə lüzum görmürəm. Münaqişənin kökünü birdəfəlik kəsmək üçün Qarabağ qaytarılmalıdır. Bunsuz bölgədə sülh olmayacaq.

30 ilin təcrübəsi göstərir ki, atəşkəs baş tutmur. Biz torpaqlarımızı azad edib quruculuq işlərinə başlamalıyıq. Bunun alternativi yoxdur. Azərbaycan işğaldakı torapqların azad edilməsi üçün müharibəyə başlamalıdır.

Ermənistan həm işğalçıdır, həm də bizə qarşı müharibə edir. Azərbaycan işğala məruz qalıb, beynəlxalq hüquqa uyğun olaraq hər vasitədən istifadə edərək torpaqlarını azad edə bilər, lakin bu hüquqdan istifadə etmir. Niyə? Ermənistan həm işğalçı, həm də hücumçudur. Azərbaycan isə həm işğala məruz qalan tərəfdir, həm də müdafiə olunur. Bu nə deməkdir? Azərbaycan bu məsələdə daha qətiyyətli olmalı və işğaldakı torpaqlarının azadlığı üçün qəti addımlar atmalıdır”.

Həmçinin oxuyun

Ermənilər Tovuzun kəndlərini yenidən atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs …