Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / MÜHARİBƏNİN SON CÜMLƏSİ SİLAHLA YOX,QƏLƏMLƏ YAZILIR! – Zahid Oruc

MÜHARİBƏNİN SON CÜMLƏSİ SİLAHLA YOX,QƏLƏMLƏ YAZILIR! – Zahid Oruc

-Birinci Qarabağ müharibəsindən sonra cəbhə xəttində yaranan hərbi-təhlükəsizlik şəraitindən,yaxud başqa səbəblərdən özünü Azərbaycan tərəfinə təslim edən bir çox erməni olub.Lakin Andranik Qriqoryanın ağ bayraq qaldıraraq mənsub olduğu silahlı qüvvələrə və doğulduğu torpağa arxa çevirməsi,yaşadığı məhrumiyyətləri Qarabağda hökm sürən şəraitin nümunəsi kimi təqdim etməsi yeni hadisədir və Ermənistan-Azərbaycan münaqişəsinin gələcəyinə təsir göstərəcək hadisələrə yol açacaqdır!

-Ərazilərimizin işğal altında olması və verdiyimiz itikilər,xalqımıza qarşı aparılmış qətllər hər bir erməniyə potensial düşmən kimi yanaşmağa əsas versə də nəzərə almalıyıq ki,bütün siyasi həll planları ermənilərlə birgəyaşayışı tanımağa bizi vadar edəcəkdir.Üstəlik,dəfələrlə dövlətimiz tərəfindən Qarabağa Azərbaycan tərkibində ən yüksək muxtariyyət verməyə hazırlığımızı dilə gətirməyimizi də unutmalı deyilik. Yəni,urapatriotizmi bir kənara qoyaraq,”ermənisiz Azərbaycan” ideologiyası üzərində maksimalist çağırışlara uymadan qeyri-populyar addımlar atmağı bacarmalıyıq. Müharibənin yekunu silahla deyil,qələmlə yazılır!
-Andranik Qriqoryan gəncliyi təmsil edir.Ondan mələk düzəltmədən bir gerçəkliyi nəzərə almalıyıq-müstəqillik dövrümüzdə Qarabağda doğulan nəsil hələ savaşmayıb.Onlar hər gün ata-babalarının,yaxud rəsmi təbliğat vasitələrinin əsarəti altındadılar.Lakin hələ vuruşaraq qan tökməmiş ermənilərin mənəvi-psixoloji yaşantıları bizim üçün istənilən hərbi kəşfiyyat məlumatı qədər önəmli olmalıdır!
-Erməni əskərinin son bir həftə ərzində verdiyi bəyanatların təzyiq və ya diqtə altında yazılmadığına çoxları əmindir.elə isə diqqət edin,görün o,nə deyir:”Mənim kimi o tərəfdə belə yaşamaqdan bezib bura keçmək istəyən çoxlu insan var.Amma onları nə gözlədiyini bilmədikləri üçün ürək etmirlər”.
Deməli,Qafqazın “jemçujinası”,”dünyaya açılan yeni pəncərə” vəsvəsəsi ilə təqdim olunan və erməni millətçilərinin eyforiya ilə vəsf etdiyi bəlağətli gerçəkliyi erməni hərbçisinin açıqlamaları inkar və ifşa edir.Bizim üçün təkcə informasiya müharibəsi baxımından deyil, həmçinin Qarabağ ermənilərinə qarşı yeni siyasətimizin mühüm elementi baxımından önəmlidir.Biz üstümüzə silahla gələnlərə qarşı hərbi zərbələrlə cavab verdiyimiz kimi,”ağ bayraq” qaldıranlara da yol açmağı bacarmalıyıq!
-Azərbaycanın hər bir ailəsi üçün Qarabağ yaraları sağalmamış birgəyaşayış platformasında fikir söyləməyin doğuracağı reaksiyaları proqnozlaşdırmaq o qədər çətin deyil.Lakin söhbər bütün ermənilərə əfv və amnistiya tətbiq edərək onlara kriminal keçmişlərinə görə məsuliyyəti ləğv etmək,yaxud bəraət vermək deyil,silahsız və cinayət törətməmiş şəxsləri,o cümlədən,Azərbaycan Konstitusiyasını tanıyan,qanunlarına tabe olacağı öhdəliyini bəyan edən və xaqlımızdan sığınacaq istəyən insanlar,yaxud Qriqoryanın mənsub olduğu hərbi tabor silasızlaşdırmaya gedəcəyi və eyni qayda ilə bizim tərəfə keçəcəkləri təqdirdə,onlardan imtina edə bilməyəcəyik!
-Rusiya Azərbaycandan daha üstün hərbi imkanlara malik olmasına baxmayaraq,çeçenlərin içərisindən tərəfdarlarını tapdı.Azərbaycan Qarabağda hakimiyyətə gətirməyə gücü çatacaq qədər ermənilərə söykənə bilməsə də,bura gələrək Ermənistan əleyhinə kəskin nifrətini yağdıran ermənilərlə işləməlidir.Onların siyasi zərbələri səngərdəki əskərimizin atdığı atəş qədər təsirlidir.Ona görə Dağlıq Qarabağ ermənilərini də Ermənistanın avantürasından azad etməliyik.Bizim belə diferensial yanaşmamız ermənilərin gücü parçalayacaqdır!
-Təslim olmuş ermənilərin cəmiyyətə adaptasiyası,pasport və digər vətəndaş haqları ilə əhatə olunması dövlətin,parlamentin və xalqın birgə qərarı ilə müəyyənləşməlidir. Əlbəttə,İshaq Rabinə atılan güllələr həmişə və hər yerdə var.Özü də bunda müharibənin keçmişindən ziyan görənlər deyil,iki milləti toqquşdurmaqdan fayda götürənlərin əli olduğuna heç kəsin şübhəsi yoxdur.Lakin Azərbaycan dünyaya dinc vətəndaşlarla deyil,hərbi və silahlı qüvvələrlə vuruşduğunu təqdim etməyi bacarmalıdır!
-Tarixi təcrübə sübut edir ki,hətta 2-ci dünya müharibəsi zamanı da hər iki tərəf onun tərəfinə keçən xalqlardan istifadə etməyi savaşın ən mühüm hərbi-siyasi taktikasına çevirmişdi.Biz də istisna olmalı deyilik!

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın