Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Müdafiə Nazirliyi təlimlərlə bağlı məlumat yaydı – VİDEO

Müdafiə Nazirliyi təlimlərlə bağlı məlumat yaydı – VİDEO

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Msta-S” özüyeriyən haubitsa heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, həyacan siqnalı ilə qaldırılan heyətlər atəş mövqelərinin dəyişilməsi və şərti döyüş zamanı düşmən hədəflərinin koordinatlarının təyin edilməsi suallarını məşq ediblər.

Döyüş atışları icra edən heyətlər şərti düşmənin müxtəlif məsafələrdə yerləşən hərbi texnikası və mühəndis fortifikasiya qurğularını məhv ediblər.

Həmçinin oxuyun

Bərdənin qisası davam edir – Video

Bərdə şəhərində dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib. “Qafqazinfo” xəbər verir …