Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. 

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-i saat 22:20-dən etibarən 12-si saat 00:05-dək Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, o cümlədən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Həmçinin oxuyun

Şuşa ətrafında kim atəş açıb?

Dünən sentyabrın 18-də Rusiyanın Müdafiə Nazirliyi belə məlumat yayıb ki, sentyabrın 17-də Şuşa ətrafında “Dağlıq …