Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Müdafiə Nazirliyi daha bir məlumat yaydı

Müdafiə Nazirliyi daha bir məlumat yaydı

Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

“ Azinforum.az ” ın Müdafiə Nazirliyi rəsmisinin sözlərinə görə, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır: “Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”.

Həmçinin oxuyun

Ermənistanın muzdlu döyüşçülər siyasəti: iflasa uğrayan plan – Azərbaycanın qazandığı nəticələr…

Ermənistan terrorçuları “erməni ailələri” adı altında Qarabağa hansı məqsədlə daşıdı? 44 günlük müharibə zamanı Ermənistanın …