Ana səhifə / Cəbhə Xəbərləri / Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı bəyanat yaydı: “İstənilən uçuş vasitəsi dərhal neytrallaşdırılacaq”

Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı bəyanat yaydı: “İstənilən uçuş vasitəsi dərhal neytrallaşdırılacaq”

Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, işğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur:

“Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.

Həmçinin oxuyun

Düşmən atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs …