Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Cəbhə Xəbərləri / Mövqelərimiz snayperlərdən atəşə tutulub

Mövqelərimiz snayperlərdən atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Acarlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Xalidə Kəngərlinin qardaşından daha bir açıqlama – VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə ginekoloq Xalidə Kəngərli yüksək mərtəbəli binanın 11-ci mərtəbəsindən …