Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Mövqelərimiz snayper və pulemyotlardan atəşə tutulub

Mövqelərimiz snayper və pulemyotlardan atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Azərbaycan ordusu Şuşanın 5 kilometrliyindədir

Azərbaycan Ordusu Şuşanın 5 km məsafəsindədir Qondarma DQ prezidenti Araik Harutyunyan rəsmi hesabından paylaşdığı videoda Azərbaycan …