Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Mövqelərimiz pulemyot və snayperlərdən atəşə tutulub

Mövqelərimiz pulemyot və snayperlərdən atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Əlbəyaxa döyüşdə əsgərimiz erməni hərbçisini belə öldürdü – VİDEO

Azərbaycan əsgərinin əlbəyaxa döyüş  zamanı  erməni əsgərini məhv etməsinin görüntüsü yayılıb. Oxu24.com  xəbər  verir  ki,  …