Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

“Zəfər” və “Qarabağ” ordenləri belə olacaq – Foto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və …