Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Cəbhə Xəbərləri / MN: Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

MN: Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

“Qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

“Bununla əlaqədar bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur. Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur”, – deyə, nazirlikdən bildirilib. 

Həmçinin oxuyun

İşğalçılar Ağdamda məktəbi atəşə tutdu – FOTO

Oktyabrın 26-da səhər saatlarında  Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi …