Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Cəbhə Xəbərləri / MN: Ermənistan təxribat əməllərini gizlətməyə çalışır

MN: Ermənistan təxribat əməllərini gizlətməyə çalışır

Azərbaycan Ordusu bölmələrinin minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini guya atəşə tutması barədə oktyabrın 5-də yayılan məlumat qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, dünən axşam saatlarında məhz Ermənistan tərəfi Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız Ermənistan tərəfindən törədilmiş təxribatlara qarşı cavab tədbirləri görür. Növbəti dəfə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Həmçinin oxuyun

Sülhməramlıların yerləşdiyi ərazidən mövqelərimiz atəşə tutuldu

Noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni …