Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəbhə Xəbərləri / MN-dən erməni təxribatına cavab:”Bölmələrimiz heç bir itki verməyib”

MN-dən erməni təxribatına cavab:”Bölmələrimiz heç bir itki verməyib”

“Azərbaycan tərəfinin itkilər verməsi barədə məlumatlar əsassızdır”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama verib.

Qeyd olunub ki, guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur: “Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar”.

Nazirlikdən bildirilib ki, ordumuz atəşkəs rejiminə tam riayət etməklə düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib.

Həmçinin oxuyun

Azərbaycan əsgəri minaya düşərək şəhid olub – FOTO

Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb. “Report”un xəbərinə görə, hərbi qulluqçu Cavadov Rəşad Fərzəli …