Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Cəbhə Xəbərləri / Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub

Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub

İyulun 16-sı saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqedən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.


Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Həmçinin oxuyun

Qarabağda 236 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə …