Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Cəbhə Xəbərləri / İndiyədək Qarabağ və Zəngəzurda 124 hərbçi minaya düşüb, 7-si həlak olub

İndiyədək Qarabağ və Zəngəzurda 124 hərbçi minaya düşüb, 7-si həlak olub

2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan hərbçilərin sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırkı dövrədək 124 hərbçi minaya düşüb.

Nəticədə 7 hərbi qulluqçu həlak olub, 117-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 32 mülki şəxs həlak olub, 67-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmçinin oxuyun

Qarabağda 236 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə …