Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Cəbhə Xəbərləri / “İki metrdən atəş açıb öldürüblər…”

“İki metrdən atəş açıb öldürüblər…”

Oktyabrın 1-də Azərbaycanın işğal altındakı ərazilərində-Xocavənd ərazisindəki erməni mövqelərindən birində əsgər Gevorq Aroyanın aldığı güllə yarasından öldüyü açıqlanıb. Lakin Ermənistan ordusunun Qarabağdakı işğalçı birləşmələrində son həftələr dalbadal  qeydə alınan əsgər ölümləri arasında bu insidentin Azərbaycan ordusuna dəxli yoxdur. Əsgər Aroyan rəsmi məlumata görə özünü güllələyərək intihar edib, valideyinləri isə onun yaxın məsafədən açılan atəşlə öldürüldüyünü deyirlər.

Əsgər Aroyanın anası Armine Aroyan göz yaşları içində “Aravot” qəzetinə ölümündən cəmi bir gün əvvəl oğluna baş çəkdiyini deyib. Və oğlunun gözünün altının qaraldığını, qulaq nahiyəsinin göyərdiyini görüb. “Köhnə geyimdə idi, maykası da yoxdu. Mən ona öz puluma hərbi geyim aldım, əynini dəyişəndə gördüm başında da çapıq var. Dedim Gevoqcan, yaxşı, tutaq ki, gözünün altı yıxılanda qaralıb, bəs başına nə olub? Dedi ana, səngərə girirəm, diplom burada rol oynamır, mən burada daha nə işlər görmürəm ki…Dedim aldatma, gözünün altındakı göyərmə döyülmə nəticəsində olub, səngərin bura dəxli yoxdur. O nə baş verdiyini demədi, təkcə onu  dedi ki, yemək yaxşıdır, amma bu rotada qulluq etmək istəmir. Əvvəlki rotasına qayıtmaq istəyir. Dedim niyə axı? Dedi “istəmirəm, əvvəlki rotaya aparın”. Və dedi ki, bu işi ancaq general Samvel Karapetyan həll edə bilər”.

Aroyan Ermənistandan hərbi xidmətə çağırılsa da onun anası qarabağlıdır. Və əsgər hazırda Qarabağda yaşayan nənəsindən soruşub: nənə, sən generalı tanıyırsan? O cavab verib ki, general Karapetyan həmkəndlisidir. “Nənəsi qərara aldı ki, gedib generaldan xahiş etsin, Gevorqu tapşırsın ki, heç kim onu incitməsin”-anası danışır.

Gevorq Aroyan hərbi xidmətə 2018-ci il iyulun 28-də çağırılıb. O vaxtdan anası bir neçə dəfə oğluna baş çəkib və hər dəfə onu qanıqara görüb.

“Bu dəfə yanına oktyabrın 4-ü getməliydim, Gevorqa dedim ki, maaş alan kimi gələcəm. Amma dedi ki, ana, nə olar, gəl. Bu sözlərdən sonra heç nəyi düşünmədim, gecə ilə taksi sifariş verib getdim. Stepanakertdən (Xankəndi) anamı da götürdüm. Rotaya çatanda Gevorqu çağırdılar, o çıxmaq istəmirdi. Uşaq elə bil qorxmuşdu, əldən düşmüşdü. Və orada mən döyülmə izlərini gördüm, özü də köhnə geyimdə idi…”-anası danışır.

Anası qayıdıb və ertəsi gün hərbi komissarlıq ona bildirib ki,Gevorqun ağ ciyərində əməliyyat olub. Qadın Martuni hospitalına gedib, məlum olub ki, oğlu bir neçə saatdır həyatda yoxdur. “Mənim Gevorqumu öldürüblər və buna görə cavab verməlidirlər”-qadın deyir.

Nənəsi isə danışır ki, Gevorqu həmin vəziyyətdə görəndə o nə baş verdiyi haqda soruşmamağı istəyib: “Kimsə onu döyən zabitin adını dedi-“leninakanlı Lukaş”, hətta nahar vaxtı 80 əsgəri “qalx, otur, qalx, otur” əmri verirmiş, Gevorqa da əzab verib. Yəqin Gevorq dostlarına onun haqqında nəsə deyib, Lukaş da eşidib. Gevorqu döyüblər…”

Nənəsi Nina əlavə edir ki, əsgərin intiharı haqda deyilənlər yalandır. Onu iki metrlik məsafədən sinəsindən güllə ilə vurub öldürüblər.

İşağl altındakı Azərbaycan ərazilərinə nəzarət edən erməni hərbi birləşmələrində hər il onlarla bu cür əsgər ölümləri qeydə alınır-qəddar zabitlər əsgərləri döyüb öldürür, güllələyir, yaxud “qarabağlı” və “ermənistanlı” əsgərlər arasında münaqişələr yaranır və birincilər ikincilərə qarşı diskriminasiyaya yol verir. Bu zəmində ölümlər, intiharlar qeydə alınır. Müdafiə nazirlərinin dəyişməsinə baxmayaraq Ermənistan ordusunda kriminal idarəçilik aradan qalxmır. (Virtualaz.org)

VIPedu.BIZ

Həmçinin oxuyun

Cəbhədə atəşkəs 28 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub. Müdafiə …