Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Hücuma keçməyə cəhd edən düşmənə ağır zərbələr vuruldu – Ermənistan xeyli canlı qüvə və texnika itirdi

Hücuma keçməyə cəhd edən düşmənə ağır zərbələr vuruldu – Ermənistan xeyli canlı qüvə və texnika itirdi

Oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalıb.

Müdafiə Nazirliyindən Azinforum.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib: “Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Canlı qüvvə, döyüş texnikası, silah-sursat, yanacaq tükənmək üzrədir.
Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır”.

Həmçinin oxuyun

Qarabağda ən məsuliyyətli və təhlükəli işi onlar görür – VİDEO

AzTV işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi ilə bağlı sənədli film çəkib. AzTV-nin Sosial …