Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəbhə Xəbərləri / “Hazırda hərbi əməliyyatlar daha çox dağlıq yerlərdə gedir”

“Hazırda hərbi əməliyyatlar daha çox dağlıq yerlərdə gedir”

Sentyabrın 27-dən etibarən Azərbaycan ordusu düşmənin çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etməkdədir. Maraqlıdır, öz hərbi gücündən böyük mənada məhrum olan Ermənistanın bundan sonrakı hərbi əməliyyatlara uzun müddət tab gətirməsi mümkündürmü?

Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov, Ermənistanın ağır itkilərə məruz qaldığını təsdiqləyib:

“Azərbaycan ordusu irəliləməkdə davam edir. Baxmayaraq ki, ordumuzun döyüşdüyü ərazi çətin ərazidir. Ora dağlıq relyefə malik torpaqlardır. Ordumuzun uğurları fonunda düşmənin geri çəkilməsi, habelə muzdlular hesabına ordumuza müqavimət göstərmək istəyi özünü göstərir.

Bəzi özəl qurumlar var ki, onlar muzdluların hazırlanması ilə məşğuldurlar. Erməni diasporu bu muzdluların döyüş bölgəsinə göndərilməsində yaxından iştirak edir. Onlar erməni adı ilə muzdlular göndərməkdə davam edirlər.  Ölkə başçısı öz çıxışlarında işğalçı Ermənistanın bəzi qüvvələr tərəfindən silahlandırıldığını da vurğulayıb, dünya ictimaiyyətinin diqqətini bu reallığa cəlb edib.

Azərbaycan ordusunun əldə etdiyi uğurlar göstərdi ki, Silahlı Qüvvələrimiz qarşılarına qoyulan tapşırıqları icra etməyə qadirdir. Bundan sonra proseslərin necə cərəyan edəcəyi, həm də Ermənistanın nə dərəcədə məntiqli addım atacağından, regionda marağı olan dövlətlərin mövqeyindən asılı olacaq. Bundan sonra hərbi əməliyyatlardan çox, hərbi-siyasi fəallığın artması zənnimcə, daha çox gözləniləndir. Hesab edirəm ki, bundan sonra siyasi məsələlər daha prioritet rol oynayacaq.

Ordumuz yaşayış məntqələrimizi azad edir. Həbçilərimiz düşməni darmadağın edir. Döyüşlər davam edir və ordumuz irəliləməkdədir. İndiki məqamda yaşayış məntəqələrinin adını çox çəkilməməsi onunla bağlıdır ki, hazırda döyüşlər dağlıq yerlərdə gedir. Hansı ki, oralarda ya yaşayış məntəqələri yoxdur, ya da çox azdır. Ancaq proses gedir. Bu, nə vaxta qədər davam edəcək, bununla bağlı dəqiq tarix demək mümkün deyil. Yalnız bunu demək olar ki, hər halda bu proseslər çox çəkməyəcək”.

Həmçinin oxuyun

PKK Qarabağda ermənilərlə birgə döyüşdüyünü etiraf etdi

PKK terror təşkilatı Ermənistan tərəfindən Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşdüyünü etiraf edib. Bu barədə Türkiyənin …