Ana səhifə / Cəbhə Xəbərləri / Hava Hücumundan Müdafiə bölmələri mövqe rayonlarını tutublar – VİDEO

Hava Hücumundan Müdafiə bölmələri mövqe rayonlarını tutublar – VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimlər çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

HHM-in döyüş heyətləri həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikasının düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.

Həmçinin oxuyun

Düşmən atəşkəsi snayperlərlə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs …