Çərşənbə axşamı , Aprel 20 2021
Ana səhifə / Cəbhə Xəbərləri / “Hadrutda yaralılarımız hər saniyə artırdı” – Erməni çavuşun etirafları

“Hadrutda yaralılarımız hər saniyə artırdı” – Erməni çavuşun etirafları

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar, çətin əks-hücum əməliyyatları zamanı həyata keçirilən uğurlu döyüş tapşırıqları hələ uzun illər danışılacaq.

Atıq məğlub ölkənin – Ermənistanın hərbçiləri də döyüş səhnələri haqqında danışarkən, istəmədən belə hərbçilərimizin igidliklərini, onlara hansı çətinlikləri yaşatmalarını etiraf etməli olurlar.

Belə etiraflardan birini erməni çavuş Narek Martirosyan edib. O, ermənilərin Hadrut döyüşləri zamanı düşdükləri çıxılmaz vəziyyətədən söz açıb.

Sən demə, hərbçilərimizin qələbəsilə nəticələnən Hadrut əməliyyatı zamanı xeyli sayda erməni əsgər nəinki mühasirəyə düşüb, başlarını belə qaldırmağa macal tapmayıblar.

Narek Martirosyan deyir: “Hadrutdan çıxıb Tutak dağında yerləşmək istəyirdik. Həmin ərazi çox yüksək mövqe sayılırdı və oradan bütün şəhəri atəş altında saxlamaq olardı. Strateji yüksəkliyə qalxmağa çalışanda bizdən əvvəl orada düşmənin mövqe tutduğunu gördük. Açıq sahə ilə qalxdıqca onlar bizə atəş açırdılar, həmin vaxt yerdə uzanmalı olduq. Əks-hücuma cəhd etsək də, onları zərərsizləşdirə bilmədik. Çünki biz düzənlikdə idik, onlar isə dağın başına yerləşmişdilər. Ölü və yaralılarımız oldu. Hər saniyə daha çox yaralımız olurdu.

“Muxa” adlı silahım var idi və onunla ayaq üstündə durub atəş açmaq gərəkirdi. Çünki bu silahın atışı zamanı arxa hissəsindən od çıxırdı. Yana bilərdim və hətta arxada kimsə olsa, xəsarət ala bilədi. Döyüş şəraitində “Muxa” ilə ayağa qalxıb, atəş açmaq real görünmürdü. Çünki mən açıq sahədə idim və ayağa qalxsaydım, qarşı tərəf üçün hədəf olacaqdım. Ona görə də əlacsız uzanıq vəziyyətdə atəş açmağa başladım ki, mühasirədən çıxa bilək. Beləcə kürəyim yandı. Döyüş sonrası yaralıları yolda saxladığımız mülki avtomobillərə yerləşdirib, bölgədən evakuasiya edərək hospitala göndərə bildik”. Azvision.az

Həmçinin oxuyun

Ermənistanın müharibədəki itkiləri 8.5 min nəfərə çata bilər

İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın verdiyi canlı qüvvə itkisi 8.5 min nəfərə çata bilər. Bu …