Cümə axşamı , Fevral 2 2023
Ana səhifə / Cəbhə Xəbərləri / Hadrut və Zəngilanda nə baş verir?

Hadrut və Zəngilanda nə baş verir?

Ötən gün erməni terrorçularının Hadrut qəsəbəsinə təxribat hücumu olub.

Bu haqda gecə saatlarından başlayaraq sosial şəbəkələrdə məlumat yayılır. Hələlik bu saata qədər heç bir rəsmi qurumdan bu haqda açıqlama olmayıb.

Sosial şəbəkələrdə yayılan məlumatlarda isə iddia olunur ki, hadisə nəticəsində Azərbaycanın bir əsgəri şəhid olunub. Ermənilərdən isə 6 nəfərin məhv edildiyi və 6-nın əsir götürüldüyü qeyd olunur. Pravda.az

Ermənilərin analoji təxribatı Zəngilanda da törətdiyi haqda xəbərlər var.

Həmçinin oxuyun

Ordunun mühəndis təminatını yerinə yetirən hərbçilərin bacarıqları təkmilləşdirilir – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir. …