Şənbə , Dekabr 4 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Hərbçilərə sosial şəbəkələrdə məlumat yaymaq qadağan edilir

Hərbçilərə sosial şəbəkələrdə məlumat yaymaq qadağan edilir

“Hərbi qulluqçuların statusu haqqında” yeni hazırlanan layihədə hərbi qulluqçuların fəaliyyət sahələri ilə bağlı bir sıra qadağaların olması təklif edilir.

“Qafqazinfo” xəbər verir ki, hərbi xidmətlə əlaqədar qadağalar və məhdudiyyətlər adlı maddəyə təklif edilən bir sıra yeni əlavələrdə bildirilir ki, seçkili orqanlarda vəzifə tutmaq, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, dini qurumlara üzv olmaq, yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək, siyasi və dini təbliğatla məşğul olmaq, dövlət sirrini yaymaq, komandirlərin (rəislərin) qanunla müəyyən edilmiş qaydada verilmiş əmrlərini, sərəncamlarını və göstərişlərini müzakirə etmək və ya tənqid etmək, hərbi xidmətlə bağlı kütləvi informasiya vasitələrinə və ya onların nümayəndələrinə komandirlərin (rəislərin) icazəsi olmadan birbaşa müsahibə vermək, hərbi xidmət vəzifələrinin icrasının dayandırılmasına yönəlmiş hərəkət (hərəkətsizlik) etmək, qadağan olunmuş əşya və ya texniki vasitələri (cihazları) hərbi hissənin ərazisinə və xidmət yerinə gətirmək və onlardan istifadə etmək, sosial şəbəkələrdə, internet informasiya ehtiyatlarında hərbi xidmətlə bağlı məlumatları yaymaq, xidməti mənsubiyyətini açıqlamaq kimi məhdudiyyətlərin olması təklif edilir.

Qeyd edək ki, hazırda mövcud olan qanunda hərbi qulluqçulara tətil etmək, həmkarlar ittifaqlarına üzv olmaq,  sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq, daimi yaşayış üçün xaricə getmək hüquqları məhduddur və bu qadağalar yeni layihədə də təklif edilir.

Həmçinin oxuyun

Xocavənddə erməni əsilli şəxs Azərbaycan hərbçisinə hücum çəkdi

Azərbaycan Müdafiə Nazirliyi Xocavənddə erməni əsilli şəxsin hərbçimizə hücum çəkərək silahını əlindən almağa çalışdığını və …