Çərşənbə , İyun 16 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Gədəbəydə 6 düşmən ələ keçirildi – Əraziyə tanklar cəmləşib

Gədəbəydə 6 düşmən ələ keçirildi – Əraziyə tanklar cəmləşib

Mayın 27-də saat 03.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. 

Azərbaycan Müdafiə Nazirliyindən daxil olan xəbərə görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.

Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan Silahlı Qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkəti məhdudlaşdırılıb.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Həmçinin oxuyun

Biznesmen Hacı Məhərrəmin kürəkəni “Range-Rover”lə 4 nəfəri vurub öldürdü – FOTOLAR

Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib. “Yeni Sabah” xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad …