Bazar , Yanvar 23 2022
Ana səhifə / Cəbhə Xəbərləri / Füzulidə minaya düşən hərbçilərinin ayaqları amputasiya edildi

Füzulidə minaya düşən hərbçilərinin ayaqları amputasiya edildi

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının son durumu açıqlanıb.

Hərbi qulluqçular – Sarib Məmmədzadə və Murad Məmmədzadənin hər birinin ayaqlarından biri amputasiya edilib. Hazırda hər iki şəxsin vəziyyəti stabildir, müalicələri davam etdirilir.

Xatırladaq ki, Daxili Qoşunların hərbi qulluqçuları – 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə noyabrın 28-də Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Əsgər Cavidan Məmmədli dəfn olunur – Foto

Həlak olan əsgər Cavidan Məmmədli ilə Şəki rayonunda vida mərasimi keçirilir. ” Azinforum.az ” xəbər verir …