Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Füzulidə 5 erməni hərbçi pikapla birgə “yoxa çıxıb”

Füzulidə 5 erməni hərbçi pikapla birgə “yoxa çıxıb”

Qarabağdakı 44 günlük müharibədə sarsıdıcı zərbələr alan Ermənistan hələlik döyüş meydanındakı canlı itkilərini belə hesablayıb, başa çatdıra bilməyib.

Erməni mediası 14 oktyabrda 5 hərbçinin Füzulidə “yoxa çıxmasından” bəhs edib.

Musavat.com Ermənistan mətbuatına istinadən bildirir ki, Azərbaycana qarşı döyüşmək üçün gəlmiş erməni hərbçilər pikapda olublar. Ancaq onların adları nə ölən, nə də əsir düşənlərin siyahısında var. Yaxınları isə hərbçilərin əsir götürüldüyünü iddia edir. Hərbçilərdən biri Levon Baqinyanın atası Samvel Baqinyan bildirib ki, oğlu və daha 4 hərbçi Füzulidə yaralandıqdan sonra Xankəndi hospitalına gedərkən yoxa çıxıb.

L.Baqinyan Qarakilsədən (Sisian) 7 oktyabrda Füzuliyə aparılıbmış. Ayın 11-dək o, atası ilə telefon əlaqəsi saxlayıb, 12-13-də isə dostları zəng edib. Sonrakı gündə onlar mühasirəyə düşüblər, əlaqə kəsilib.

Hərbçinin atası bildirib ki, o gündən oğlu və digər yoldaşlarından xəbər yoxdur. Atəşkəsdən sonra Qarabağa gedən Samvel Baqinyan bildirib ki, 8 gün Qarabağda olub və bu müddətdə Füzulidən 30 meyit tapılıb. “Mən dəqiq bilirəm, 500 əsir var, amma onlar 60-ını göstərirlər”,-deyə Samvel daha sonra iddia edib.

Həmçinin oxuyun

Şəhidlərin yeni siyahısı açıqlanıb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 …