Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralandı – MN-dən rəsmi açıqlama

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralandı – MN-dən rəsmi açıqlama

Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edir.

Bu barədə Azinforum.az – a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsrəfilov Samit Ədalət oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Ordusunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Cəbhədə atəşkəs 28 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub. Müdafiə …