Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistanın ikinci Qarabağ müharibəsində itkilərinin sayı artır

Ermənistanın ikinci Qarabağ müharibəsində itkilərinin sayı artır

Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha bir hərbçisinin qalıqları tapılıb.

Erməni mediası yazır ki, Suqovuşanda aparılan axtarışlar zamanı Ermənistan ordusunun itkin düşmüş hərbçisinin müharibədə məhv edildiyi məlum olub. Hərbçinin meyiti Ermənistana aparılıb. Onun şəxsiyyəti məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.

Bununla da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qalıqları tapılan itkin erməni hərbçilərin sayı 1 616 nəfərə çatıb. Qeyd etdiyimiz kimi, bu göstərici yalnız əvvəllər itkin hesab edilən hərbçilərin sayıdır. Ermənistan rəhbərliyi müharibədəki itkilərinin ümumi sayını hələ də gizli saxlayır.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …