Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistanın döyüşə cəlb etdiyi muzdlularla bağlı yeni faktlar

Ermənistanın döyüşə cəlb etdiyi muzdlularla bağlı yeni faktlar

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların və terrorçuların döyüşməsinə dair yeni faktlar ortaya çıxıb.

Müxtəlif ölkələrin ekspertləri, jurnalistlər, hətta bəzi media orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin Qarabağdakı hərbi əməliyyatlara xaricdən cəlb etdiyi muzdlulara dair məlumatlar, fotolar paylaşılır.

Suriyalı jurnalist, hüquq müdafiəçisi və ekspert Asaad Hanna özünün “Twitter” hesabında Suriyadan Ermənistan tərəfdən Qarabağdakı döyüşlərə cəlb edilmiş 3 muzdlunun fotolarını paylaşıb və onların adlarını açıqlayıb.

O yazıb: “Hələbdən olan suriyalı bu 3 oğlan – Harut, Haqub və Musek Azərbaycana qarşı döyüşlərdə həlak olublar”.

Suriyalı siyasi şərhçi Kevork Almassian da sosial şəbəkə hesabında Ermənistanın döyüşlərə muzdlular cəlb etməsini təsdiqləyən paylaşım edib: “Suriya həlak olmuş üç əsgərə Harut Panoyana, Hagop Astaryana və Mosik Mosik Seklemyana ağlayır”.

Göründüyü kimi, bu faktlar Ermənistanın Azərbaycana qarşı döyüşlərə muzdlu və terrorçuları cəlb etməsini bir daha təsdiqləyir. Azvision.az

Həmçinin oxuyun

Cəbrayılda məhv edilən erməni polkovnik Azərbaycan dilində danışırmış – FOTO

44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni döyüşçüləri arasında hərbçilərlə yanaşı xeyli …