Bazar , Yanvar 24 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistanın ballistik raket kompleksi sıradan çıxarıldı

Ermənistanın ballistik raket kompleksi sıradan çıxarıldı

Oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib.

Azinforum.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi.

Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılıb.

Bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksi də dəqiq zərbə ilə məhv edilmişdi.

Raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlər olmayıb.

Həmçinin oxuyun

Qarabağda daha 30 erməni hərbçisinin meyiti tapılıb

Qarabağda axtarış işləri zamanı Azərbaycan erməni tərəfinə 30 hərbçinin qalıqlarını təqdim edib.  Virtualaz.org erməni KİV-inə …