Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistanda azyaşlı qızlar döyüşə hazırlanır

Ermənistanda azyaşlı qızlar döyüşə hazırlanır

Ötən gün Ermənistan rəhbərliyinin azyaşlıları və yeniyetmələri məcburi şəkildə Dağlıq Qarabağdakı şiddətli döyüşlərə cəlb etməsi barədə məlumat vermişdik. Bu gün isə sosial şəbəkələrdə Ermənistanda azyaşlıların silahlandırılmasını əks etdirən yeni görüntülər yayılıb.

Kadrlardan məlum olur ki, işğalçı ölkədə təkcə oğlan uşaqları deyil, əllərinə silah verilən azyaşlı qızlar da İrəvan hakimiyyətinin müharibə cinayətlərinə alət edilir, onların hüquqları ayaqlar altına atılır.

Təqdim etdiyimiz faktlar bir daha təsdiqləyir ki, Ermənistan hökuməti humanitar və beynəlxalq hüquq normalarını pozaraq insanlığa qarşı müharibə cinayətləri törədir. İşğalçı ölkə rəhbərliyi Azərbaycanın mülki əhalisini və yaşayış yerlərini raket və ağır artilleriya ilə atəşə tutmaqla kifayətlənmir, hətta özünün azyaşlı vətəndaşlarını da müharibəyə cəlb etməklə onları bilərəkdən ölümlə üzə-üzə qoyur.

Əlbəttə, bu, Ermənistanın hərbi əməliyyatlara uşaqları cəlb etməsi ilə bağlı ilk fakt deyil. Bu cür hadisələr birinci Qarabağ müharibəsi zamanı da baş verib.

Qeyd edək ki, beynəlxalq qanunvericiliyə əsasən, 15 yaşına çatmamış uşaqların hərbi xidmətə çağırılması və ya səfərbər edilməsi, yaxud onların münaqişələr çərçivəsindəki hərbi əməliyyatlarda aktiv şəkildə istifadə olunması müharibə cinayəti kimi qəbul edilir. (Ətraflı məlumatla BURADAN tanış ola biləsiniz)

Ermənistan rəhbərliyinin bu kimi insanlığa qarşı yönəlmiş cinayət əməlllərinə görə, cəzalandırılması labüddür. Təəssüflər olsun ki, dünyanın aparıcı beynəlxalq qurumları, insan haqları təşkilatları Ermənistanın cinayətlərinə seyirci mövqedə qalır, təcavüzkarın qarşısını almağa çalışmırlar. Nəticədə cəzasız qalan Ermənistan yeni-yeni qətliamlar törətdərək günahsız mülki şəxslərin həyatına son qoyur. Artıq dünya ölkələri anlamalıdırlar ki, bu gün Azərbaycanın üzləşdiyi erməni terrorizmi, hərbi cinayət hadisələri sabah onlar üçün də təkrarlana bilər və heç kim bunun olmayacağına zəmanət vermir. Azvision.az

Həmçinin oxuyun

Cəlal Arutyunyan Tonoyanı şantaj edirmiş – “Məlumat qəsdən sızdırılıb”

Separatçıların keçmiş “müdafiə naziri” Cəlal Arutyunyan ilə Ermənistanın sabiq müdafiə naziri David Tonoyan arasında baş …