Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistana məxsus PUA-lar məhv edildi

Ermənistana məxsus PUA-lar məhv edildi

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

“ Azinforum.az ” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

Həmçinin oxuyun

Qarabağda ən məsuliyyətli və təhlükəli işi onlar görür – VİDEO

AzTV işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi ilə bağlı sənədli film çəkib. AzTV-nin Sosial …