Çərşənbə axşamı , Dekabr 5 2023
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistan silahlıları Tovuz istiqamətində mövqelərimizi atəşə tutub

Ermənistan silahlıları Tovuz istiqamətində mövqelərimizi atəşə tutub

İyulun 7-də saat 13:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Həmçinin oxuyun

Qarabağda erməni əsgəri aşkarlandı: Akopyan bu ərazidə gizlənibmiş…

Lokal antiterror tədbirlərindən sonra təslim olmayıb dağlıq ərazilərdə, meşələrin dərinliklərində gizlənmiş erməni silahlılarının olması ilə …