Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistan silahlı qüvvələri atəşkəsi 25 dəfə pozub

Ermənistan silahlı qüvvələri atəşkəsi 25 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Ermənistanda azyaşlı qızlar döyüşə hazırlanır

Ötən gün Ermənistan rəhbərliyinin azyaşlıları və yeniyetmələri məcburi şəkildə Dağlıq Qarabağdakı şiddətli döyüşlərə cəlb etməsi …