Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub

Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Cəfərli, Bala Cəfərli kəndlərində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Əlbəyaxa döyüşdə əsgərimiz erməni hərbçisini belə öldürdü – VİDEO

Azərbaycan əsgərinin əlbəyaxa döyüş  zamanı  erməni əsgərini məhv etməsinin görüntüsü yayılıb. Oxu24.com  xəbər  verir  ki,  …